Xəbərlər 18.09.2023 13:51 2156

Çalışan işçilərin sayında azalma qeydə alınıb

Həm dövlət, həm də özəl sektorda işçilərin sayının azalması müşahidə olunur. Müqavilə ilə çalışanların sayında azalma dövlət sektorunda 6 min, özəl sektorda isə 7 min olub.

QHT.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 706 min nəfər olub. Onlardan 891,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 814,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Ötən ilin avqustun 1-ə olan vəziyyətə görə isə, ölkədə 1 milyon 719 min nəfər muzdla çalışan işçi qeydiyyatda olub. Bu o deməkdir ki, müqavilə ilə çalışanların sayı 2022-ci ilin uyğun dövrünə nisbətən 13 min nəfər azalıb.

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, dövlət sektorunda işçilərin sayının azalması daha çox institutsional dəyişikliklər ilə bağlı olsa da, özəl sektorda əmək müqavilələrinin sayının azalmasının xüsusi təhlil edilməsi və monitorinqlərin gücləndirilməsi vacibdir: “İqtisadiyyat ağardıqca özəl sektorda əmək müqavilələrinin sayının artması, qeyri-leqal məşğulluğun rəsmilləşdirilməsi çox vacibdir. Bir sıra müəssisələrdə işçilərin heç də hammısı ilə əmək müqavilələri bağlanılmır və deməli bu sahədə nəzarətin daha da gücləndirilməsi vacibdir”.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı