Xəbərlər 19.09.2023 09:18 493

Dünya Türk Biznes Şurasının 10-cu Qurultayı keçirilib - FOTOLAR

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı rəhbərliyi və üzvləri Dünya Türk Biznes Şurasının 10-cu Qurultayına qatılıb.

QHT.az xəbər verir ki, 15-16 sentyabr tarixlərində Prezident Rəcəb Tayyib Ərdoğanın da qatıldığı İstanbul Haliç Konqres Mərkəzində keçirilən Dünya Türk İş Şurasının 10-cu Konqresində AQSİA İdarə heyətinin sədri Səkinə Babayeva, İdarə heyətinin üzvü Lamiyə Bayramova, Komissiya rəhbəri Rəna Qəfərova, Protokol şöbəsinin rəhbəri Günay Həsənli, fəal üzvlər Mehbarə Məmmədova, Gülpəri Bayramova və Mehparə Məmmədova iştirak edib.

Sessiyada iştirak edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ölkəmizdə əlverişli işgüzar mühit, özəl sektorun inkişafı, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı, TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb, sualları cavablandırıb.

Daha sonra Prezident Ərdoğan çıxışında “Türk Dövlətləri Təşkilatı: 5 Dövlət, Bir Diaspor” çətiri altında keçirilən qurultayın xeyirli olmasını arzulayıb.

Qeyd edək ki, Qurultaydakı çıxışların, müzakirələrin və alınacaq qərarların hamı üçün yeni bir dövrün başlanğıcı olacağına ümid edən prezident Ərdoğan: “Ümid edirəm ki, Türk Dövlətləri Təşkilatı ilə Dünya Türk İş Şurası arasında imzalanacaq protokol faydalı olacaq” deyə qeyd edib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı