Xəbərlər 19.09.2023 23:23 2279

Müharibədə iqtidar, müxalifət olmur – HƏRBİ EKSPERT

Bu sevindirici haldır ki, bütün xalqımız ordumuzla bərabərdir, ordunun keçirdiyi bu əməliyyatı dəstəkləyir.

Bu fikirləri hərbi ekspert Emin Həsənli QHT.az-a bildirb.

Hərbi ekspert bu məsələdə siyasi həmrəyliyin olmasını yüksək qiymətləndirir:

“23 siyasi partiyanın birgə bəyanat verməyi təqəlayiq haldır. Biz bu partiyaların birgə bəyanatını yüksək qiymətləndiririk. Azərbaycanda bütün xalq prezidenti dəstəkləyir, ordunu dəstəkləyir. Dünya azərbaycanlıları, Dünyada türk dövlətləri, hər kəs Azərbaycanın yanındadır. Azərbaycan prezidentini və ordusunu dəstəkləyir”.

Emin Həsənli bu sınaq anında bəzi siyasi partiyaların həmrəylik göstərməməsini təəssüflə qeyd edir:

“Təəssüflər olsun ki, yenə üç siyasi partiya- AXCP, Müsavat və Real bu birliyə qoşulmayıb. Siyasi partiyaların birgə bəyanatına imza atmayıb. Bu, çox təəssüf doğurur. Müharibədə iqtidar, müxalifət olmur, vətəndaş mövqeyi lazımdır. Müharibədə hər kəs əsgərdır, Ali baş komandan var, ordu var, xalq var. Bu birlik qorunmalıdır.

Hətta partiyalar ayrı- ayrılıqda belə bəyanat versələr də, doğru yanaşma deyil. Birliyi nümayiş etdirmək lazımdır. Bu da haqlı olaraq xalqımızda qəzəb yaradır ki, bu partiyaların məqsədi nədir, hansı dairələrə bunlar xidmət edir, niyə belə edirlər?

Bu, düzgün addım deyil. Həm də milli maraqlara zidd bir addımdır. Biz bunu qınayırıq. Bu qəbuledilməz bir addımdır. Birgə bəyanata imza atan partiyalara isə təşəkkürümüzü bildiririk ki, 44 günlük Vətən müharibəsində olduğu kimi yenə də Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin və Azərbaycan ordusunun yanındadır”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı