Liviyada bir gündə 245 cəsəd tapılıb
Liviyada baş verən sel fəlakətindən sonra 8-9 min adamın hələ də itkin düşdüyü bildirilərkən, ölənlərin ən çox olduğu Derna şəhərində dünən 245 nəfərin cəsədi tapılıb.
QHT.az xəbər verir ki, Liviya rəsmisi bir çox yerli və beynəlxalq qruplarla əməkdaşlıq etdiklərini və bir çox sahil nöqtələrində axtarış- xilasetmə işlərinin davam etdiyini qeyd edib.
Yerli və beynəlxalq ekspertlər fəlakətin səbəbləri və nəticələri haqqında daha çox məlumat əldə etmək üçün hadisə üzərində işləyirlər. Bu cür fəlakətlərin qarşısının alınması və nəticələrinin azaldılması üçün bölgədə fəlakətlərə hazırlıq və maarifləndirmə işləri aparılır.
Pərvanə Fərhadqızı