Xəbərlər 02.10.2023 00:24 1500

"Yalnız İrəli-4” filmin təqdimatı keçirilib- FOTOLAR

Sentyabrın 29-da Alı Mustafayev adına 202 nömrəli tam orta məktəbdə "Yalnız İrəli-4" Şuşalı şəhid İbrahimov İsrafil Zülfüqar oğluna (202 nömrəli məktəbin məzunu) həsr olunan filmin təqdimatı keçirilib.

Filmin rəhbəri Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin sədri Tahirə Məmmədova QHT.az- a bildirib ki, film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ərsə gəlib: “Filmin istehsalçısı "Vətən Media" yaradıcılıq qrupu, ssenari müəllifi Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri Aydınxan Əbilovdur”.

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı