Suqovuşan qəsəbəsinin işğaldan azad olunmasının 3-cü ildönümüdür
Müzəffər Azərbaycan Ordusu 2020-ci ilin oktyabrın 3-də Suqovuşan qəsəbəsinin işğalına son qoydu.
QHT.az xəbər verir ki, bu qələbəni bizə yaşadan qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.
Qeyd edək ki, Tərtər rayonunun Suqovuşan qəsəbəsi Murovdağ silsiləsinin ətəyində, Tərtərçayın sahilində yerləşir. 1976-cı ildə istismara verilən və Tərtərçay, Turaqaçay çaylarından daxil olan suların hesabına formalaşan su anbarı Suqovuşanın təbiətinə xüsusi gözəllik qatıb.
Pərvanə Fərhadqızı