Xəbərlər 03.10.2023 14:36 2456

Tullantıların idarə olunmasının yeni modeli 

“Ekoleks” Ekoloji Hüquq Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Tullantıların idarə olunmasının yeni modeli - Qapalı dövri iqtisadiyyata keçid üzrə ictimai vəkillik” layihənin icrasıni icra edir.

Direktor Sevil İsayeva QHT.az-a bildirib ki, layihə çərçivəsində tullantıların idarə olunması, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə və biomüxtəlifliyin müdafiəsi, resurslardan səmərəli istifadə ilə əlaqədar mühüm instrument olan sirkulyar iqtisadiyyatın müxtəlif ölkələrdə yaradılması və inkişafının modelləri araşdırılıb: "Araşdırılan dövri iqtisadiyyat modellərindən Azərbaycanda tətbiqinin mümkünlüyü olan bir sıra komponentlərin cəmi toplanmış, Azərbaycan üçün bir model hazırlanır. Hazırlanan dövri iqtisadiyyat modeli Azərbaycanda ekoloji problemlərin həlli üçün əsas meyarların toplusudur. Azərbaycan üçün təklif edilən model iqtisadiyyatın düzxətli modelindən fərqli olaraq təbii sərvətlərdən və məhsullardan uzunmüddətli, təkrar istifadə və ya təkrar emal yolu ilə istifadə edilməsini nəzərdə tutur".

Təklif olunan sirkulyar iqtisadiyyat modeli Azərbaycana imkan verəcəkdir ki,

  • ətraf mühitə həlledici təsir faktorları olan çirklənmə, resursların tükənməsi, biomüxtəlifliyin itirilməsi ilə mübarizə etsin,
  • dayanıqlı istehsal və istehlak modelləri yaratmaq, iqlim dəyişkliyi ilə mübarizə aparmaq sahəsində BMT-nin dayanıqlı inkişaf göstəricilərini həyata keçirsin;
  • innovasiyanı və yeni işgüzar fəalllığı həvəsləndirsin.

Təklif edilən iqtisadiyyat modelinin Ermənistan Respublikasının işğalından azad edilmiş ərazilərdə uğurlu tətbiqi mümkündür və layihənin mütəxəssisləri hesab edir ki, Azərbaycan modelinin məhz azad olunmuş ərazilərdə sınağı Azərbaycan modelinin hazırlanması, tətbiqi və inkişafında mühüm mərhələ ola bilər.

Qeyd edək ki, beynəlxalq təcrübənin öyrənilməsi nəticəsində toplanan sirkulyar iqtisadiyyat modelləri barədə məlumatlar və Azərbaycan üçün təklif edilən sirkulyar iqtisadiyyatın müxtəlif komponentləri layihə çərçivəsində hazırlanan hesabatda öz əksini tapacaqdır. Həmin hesabat tamamlandıqdan sonra çərh və tövsiyələrin toplanması və nəzərə alınması üçün sosial şəbəkələr və elektron vasitələr ilə mütəxəssislər və ictimai fəallar arasında yayımlanacaqdır.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı