Xəbərlər 03.10.2023 20:49 1222

Araik Arutyunyan saxlanıldı: BAKIYA GƏTİRİLİR

Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyanı saxlayıblar.

 

QHT. az bildirir ki,   Oxu.Az-ın əldə etdiyi məlumata görə, hazırda o, Bakıya gətirilir.

 

Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş “parlament sədri” David İşxanyan da törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan DTX tərəfindən Bakıya gətiriliblər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı