Xəbərlər 05.12.2023 11:53 1824

Əlilliyi olan şəxslər üçün proaktiv təyinat mexanizmi beynəlxalq müsabiqənin qalibi olub

Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin əlilliyi olan şəxslər üçün proaktiv təyinat mexanizmi “Essl Fondu”nun “Zero Project Awardee 2024” müsabiqəsinin qalibi olub.

 

Layihə çoxmərhələli prosesdə beynəlxalq ekspertlər şurası tərəfindən 97 ölkənin təqdim etdiyi 523 layihə arasından qalib seçilib. 

 

Mükafatlandırma mərasimi gələn ilin fevral ayında BMT-nin Vyanadakı ofisində keçiriləcək.

 

Müsabiqə əlilliyi olan şəxslərin gündəlik həyatını və hüquqlarının təminatı prosesini yaxşılaşdıran həllərin aşkara çıxarılaraq paylaşılmasına xidmət edir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı