Beynəlxalq İnsan Hüquqlan Gününə həsr olunmuş tədbir keçirilir - FOTO
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə, Hüquq və İnsan Haqlan İnstitutunun 25 illik yubileyinə və 10 dekabr Beynəlxalq İnsan Hüquqlan Gününə həsr olunmuş tədbir keçirilir.
QHT.az xəbər verir ki, tədbirdə 7 müəllifin kitabı nümayiş edilib. Hər bir müəllif öz kitabı baradə sualları cavablandırılıb.
Tədbirdə Hüquq və İnsan Haqlan Institutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə "Hüquq və İnsan Haqları İnstitutunun 25 illik fəaliyyəti" mövzusunda təqdimatla, insan haqlarının bugünkü vəziyyəti barədə çıxış edir: “Beynəlxalq İnsan Hüquqları Günü 1948-ci ildə BMT Baş Assambleyasında Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsi münasibətilə təsis edilib. İnsan hüquqları tarixinin əlamətdar hadisəsi olan və mətni 500-dən çox dilə tərcümə edilən bu sənəddə hər kəsin anadangəlmə sahib olduğu əsas hüquqlar bəyan olunub. Bəyannamədə əksini tapan prinsiplər bu gün də aktualdır. Özündən sonra 70-dən çox İnsan Hüquqları Konvensiyasının formalaşmasında istiqamətverici bir sənəd olub. Ədalət prinsipi insan hüquqlarının əsas prinsiplərindən biridir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatların bəzi rəsmilərinin ölkəmizə münasibətdə ədalət prinsipinə birmənalı yanaşmadığını görürük. Din amilini əsas götürərək, ölkəmizə qarşı qərəzli, ədalətli olmayan, əsassız qətnamələrinin şahidi oluruq. Azərbaycana qarşı səslənən ittihamlar əsassız olmaqla yanaşı, regionda sülh və təhlükəsizliyi sarsıdır”.
Pərvanə Fərhadqızı