Xəbərlər 08.12.2023 10:06 1129

Qadın və qızların hüquqlarını müdafiə üçün BMT tərəfindən inkişaf etdirilən kampaniya...

BMT agentliklərinin ölkə üzrə rəhbərləri də qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün Orange T-shirt Challenge aksiyasına qoşulub.

QHT.az xəbər verir ki, BMT-nin Azərbaycan Nümayəndəliyi 16 günlük fəallıq kampaniyası həyata keçirir. “Qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün birləşək!” şüarı altında BMT agentliklərinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə reallaşdırdığı kampaniyanın məqsədi cəmiyyətin diqqətini qadınlara və qızlara qarşı zorakılıq probleminə çəkmək və onunla mübarizəyə çağırmaqdır. 25 noyabr- Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günündə başlayan 16 günlük fəallıq kampaniyası 10 dekabr- Beynəlxalq İnsan Hüquqları Gününə kimi davam edəcək.
Bu müddət ərzində BMT agentliklərinin rəhbərləri respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən Qadın Resurs Mərkəzlərində qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş müzakirələrdə iştirak edəcək.

Qeyd edək ki, BMT-nin Azərbaycan Nümayəndəliyi cəmiyyətin bütün üzvlərini tək 16 gün deyil, 365 gün ərzində qadınlara qarşı zorakılıqla mübarizəyə səsləyir. Bu cür aksiyalara qoşulması, ictimai diqqəti cəlb etmə və bu məsələni gündəmə gətirmə baxımından əhəmiyyətli bir addımdır. Kampaniyanın ölkə üzrə geniş yayılması və dəstək görməsi üçün sosial media platformalarında paylaşımlarınızı daha geniş yaymağa nail olmağa çalışa bilərsiniz. Bu, qadın və qızların müstəqil hüquqlarının qorunmasına dəstək olmağı hədəfləyir.

 

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı