Xəbərlər 20.02.2024 14:22 1708

Şəhidimiz İnam Baxşəliyevin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İnam Rasim oğlu Baxşəliyev 20 fevral 1993-cü ildə Cəlilabad rayonunun Kövüzbulaq kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və 9 oktyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

İnam Baxşəliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı