Xəbərlər 23.02.2024 14:47 1929

“29 iqlim söhbəti: “COP29”a gedən yol”da ilk mühazirə təşkil edilib - FOTOLAR

“29 iqlim söhbəti: “COP29”a gedən yol”da ilk mühazirə ölkədə xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən aparıcı qeyri-kommersiya və özəl biznes assosiasiyası olan Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) ilə birgə təşkil edildi.

QHT.az xəbər verir ki, mühazirədə BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının komanda rəhbəri Danielle Magalhaes, COP29 Dayanıqlılıq şöbəsinin rəhbəri Ayan Nəcəf, Sustainera Solutions şirkətinin təsisçisi İlkin Hacıyev, BMT-nin Qlobal Sazişinin ölkə üzrə rəhbəri Samir Məmmədov, Tonkin+Taylor şirkətinin direktoru Brett Ogilvie və inteqrasiya məsələləri üzrə məsləhətçi Amr Abdel-Azez iştirak edib.

Onlar iqlim dəyişikliyi ilə mübarizə apararkən iqlim siyasətlərinin formalaşdırılması, dayanıqlılıq səylərinə töhfə verilməsi, innovasiya və inkişaf imkanlarının istifadəsində biznesin rolu, eləcə də özəl sektorun ölkəmizdə keçiriləcək COP29-da fəal iştirakı ilə bağlı müzakirələr aparıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı