Xəbərlər 27.02.2024 08:50 1061

“İqlim dəyişikliyinə milli uyğunlaşma planına dəstək” adlı seminar təşkil olunub - FOTOLAR

“İqlim dəyişikliyinə milli uyğunlaşma planına dəstək” layihəsi hökumət, elm və vətəndaş cəmiyyətindən maraqlı tərəfləri bir araya gətirən seminar təşkil edib.

QHT.az xəbər verir ki, seminar çərçivəsində BMTİP-nin iqlim maliyyəsi üzrə mütəxəssisi Cennifer Jadin və iqlim maliyyəsi üzrə milli mütəxəssis Rəşad Həsənov iqlimin maliyyələşdirilməsinin əhəmiyyəti və uyğunlaşma variantlarının fiskal qiymətləndirilməsi haqqında geniş sessiya keçirib.

İqlim maliyyəsi həm iqlim dəyişikliyinin təsirinin azaldılması, həm də uyğunlaşma səyləri üçün çox vacibdir. İrimiqyaslı investisiyalar emissiyaları əhəmiyyətli dərəcədə azalda və onların artan təsirlərinə uyğunlaşa bilər. Seminarın məqsədi iştirakçıların iqlim maliyyəsinə daxil olan alətlər və planlaşdırma haqqında məlumatlı olması, onlardan istifadə qaydaları və nəticədə əldə edilən hər hansı rəhbər sənədin ölkənin spesifik ehtiyacları və kontekstinə uyğunlaşdırılmasını təmin etməkdən ibarətdir. Seminar maraqlı tərəflərin potensialının artırılması üçün iqlim dəyişikliyinin özəl və dövlət investisiyalarına fiskal təsirlərinin qiymətləndirilməsi üzrə qarşıdan gələn üç günlük seminara hazırlıq xarakteri daşıyırdı.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı