Xəbərlər 27.02.2024 09:40 1619

AQTA-nın mütəxəssisləri ADAU-nun tələbələri ilə görüşüb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) “Baytarlıq təbabəti” və “Zoomühəndislik” fakültələrinin sonuncu kurs tələbələri ilə görüş keçirib.

 

Tədbirdə tələbələrə Agentliyin fəaliyyət istiqamətləri, heyvan sağlamlığı və baytarlıq nəzarəti sahəsində görülən işlər barədə geniş məlumat verilib. Həmçinin iştirakçılar AQTA-nın strukturu, işə qəbul proseduru, karyera imkanları haqqında məlumatlandırılıb və onların sualları cavablandırılıb. Eyni zamanda görüş zamanı Agentlik tərəfindən 5 il ərzində həyata keçirilən tədbirləri özündə əks etdirən videoçarx nümayiş olunub.

 

Qeyd edək ki, tədbir çərçivəsində AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş baytar müfəttişi Qalib Əbdüləliyev ADAU-da baytarlıq ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələrinə “Baytarlıq sisteminin idarə olunması” mövzusunda mühazirə oxuyub.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı