Xəbərlər 29.02.2024 09:26 1884

“Maliyyə savadlılığının artırılması” mövzusunda təlim və səyyar vətəndaş qəbulları davam etdirilir

Azərbaycan Respublikasının Mərkəzi Bankı və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə regionlarda “Maliyyə savadlılığının artırılması” mövzusunda təlim və səyyar vətəndaş qəbulları davam etdirilir.

QHT.az xəbər verir ki, fevralın 29-da Quba rayonunda keçiriləcək təlimin məqsədi ənənəvi təlim üsullarını müasir formatda təklif edən Mərkəzi Bankın Virtual Təhsil Platforması vasitəsilə iqtisadiyyat, maliyyə-bank, sığorta, vergilər, statistika və s. sahələr üzrə öz bilik və bacarığını inkişaf etdirmək istəyən şəxslərə dəstək olaraq ödənişsiz kursların təşkil edilməsidir. Əhalinin müxtəlif hədəf qruplarını əhatə edən bu platformada uşaqlar üçün Azərbaycan, rus və ingilis dillərində təklif edilən müvafiq kurslar da mövcuddur. Qubada təşkil olunan təlimdə, həmçinin məktəblilərin də iştirakı nəzərdə tutulur.

Səyyar qəbul zamanı isə vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətləri dinləniləcək və qeydiyyatı aparılacaq, sakinlərə yerində məsləhət xidməti göstəriləcək. Təlim və səyyar vətəndaş qəbulu ilə maraqlanan rayon sakinləri 29 fevral, saat 11:00-da Mərkəzi Bankın Quba Regional Mərkəzinə müraciət edə bilər!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı