Xəbərlər 02.04.2024 18:29 2018

Təhsilin keyfiyyətinin artırılması istiqamətində müzakirələr keçirilib - FOTOLAR

Elm günləri çərçivəsində növbəti müzakirə magistr və doktorluq dissertasiya işlərinin keyfiyyətinin artırılması yolları olub.

QHT.az xəbər verir ki, tədbirdə BMDM və UNEC Biznes Məktəbində magistr və doktorluq dissertasiya işlərinin keyfiyyətinin artırılması, sifarişli dissertasiya və ya tədqiqat işlərinin yazılması, tədqiqat işlərinə görə təqaüdlərin ayrılması, tədqiqatın problemi və predmetinin müəyyən edilməsi zamanı magistrlərin üzləşdiyi çətinliklərdən bəhs olunub. Eləcə də doktorluq dissertasiya işlərinin yazılması və müdafiəsi zamanı yaranan problemlərin aradan qaldırılması, birgə elmi əməkdaşlığın qurulması, xarici elmi rəhbərlərin cəlbi, aktual tədqiqat mövzularının seçilməsi istiqamətində fikir mübadiləsi aparılıb, mövcud problemlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edilib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı