Xəbərlər 03.04.2024 16:43 7502

“Vəkillər Kollegiyası bu dəfə də yeni bir ilkə imza atıb” – Rauf Zeynidən AÇIQLAMA / FOTOLAR

Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni son zamanlarda Azərbaycan Vəkillər Kollegiyasının dəyişiklikləri ilə bağlı müsbət bir təhlil irəli sürüb. Bu dəyişikliklər, özəlliklə elektron xidmətlər sahəsindəki inkişafı və yeni "Elektron vəkil orderi"nin təqdimatını qeydə almaqdadır.

QHT.az-a açıqlama verən Rauf Zeyninin ifadələrinə əsasən, bu dəyişikliklər, vətəndaşların və vəkillərin fayda sağlayacağı, inovativ yanaşı, effektiv bir dəyişikliklər dövrünün əsasını təşkil edir:  “Vəkillər Kollegiyasının təşəbbüsü və təşkilatçılığı ilə “Elektron vəkil orderi” və digər elektron xidmətlərin ictimaiyyətə təqdimatı keçirildi. Çox böyük bir irəliləyişdir çox böyük bir yüksəlişdir ki, vəkillərin artıq elektron vəkil orderinin verilməsi, eyni zamanda süni intellektin imkanlarından istifadə edərək digər elektron xidmətlərinin də göstərilməsi çox yüksək səviyyədə təqdimatlar olundu və bu təqdimatlarda hansı elektron xidmətlər göstəriləcəyi təfsilatı ilə Vəkillər Kollegiyasının üzvlərinə, o cümlədən ictimaiyyətə geniş təqdim olundu”.

Rauf Zeyni düşünür ki, bu xidmətlər doğrudan da son dövrdə əldə olunmuş ən böyük nailiyyətlərdir: “Vəkillər Kollegiyası həmişə olduğu kimi ilklərə imza atır. Bu dəfə də yeni bir ilkə imza atıb ki, elektron vəkil orderinin və digər elektron xidmətlərin göstərilməsini, həm vətəndaşlara xidmət üçün bu imkanların yaradılması, həm də vəkillərin vaxtına və vəsaitinə qənaət olunması ilə bağlı burada yeni təqdimatlar oldu. Bu elektron xidmətlərin keyfiyyətli, yüksək səviyyədə göstərilməsi ilə bağlı ütün təqdimatlar olundu ki, hansı formada elektron vəkil ordeni demək olar və eyni zamanda, o biri elektron xidmətlərin göstərilməsi zamanı da bütün proqramlar, proqram təminatı verilmək şərti ilə iştirakçılara təqdim olunur. Düşünürəm ki, bu təqdimat Vəkillər Kollegiyasının növbəti çox böyük uğurudur və biz də vətəndaş cəmiyyəti olaraq bu nailiyyətləri, bu uğurları yüksək qiymətləndiririk”.

Rauf Zeyninin ifadələrinə əsasən, Azərbaycan Vəkillər Kollegiyasının yeni elektron xidmətlər dövrü, inovativ tədbirlərlə özünü tanıtaraq, vətəndaşlara daha yüksək səviyyədə hizmət götürmək üçün güclü bir addım atmışdır. Bu, modern texnologiyalardan faydalanaraq və həm də liderlik və yenilikçilik vasitəsilə, hüquq sahəsində ciddi bir inkişafı nümayiş etdirir: “Vəkillər Kollegiyasının sədri hörmətli Anar müəllim hər zaman olduğu kimi yenə də yenilikçidir, öncüldür, öndə gedəndir və bütün bunlarla bərabər bütün yeni elektron xidmətlərin vəkillərə, həm də Azərbaycan vətəndaşlarına təqdim olunmasını yüksək səviyyədə həyata keçirir. Mən Anar müəllim başda olmaqla bütün Vəkillər kollegiyasına, onların bu müasir və gözəl fəaliyyətində uğurlar arzulayram”.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı