Xəbərlər 16.04.2024 13:29 1278

UNEC Fəlsəfə və Elmlər Doktorantura Programları Üzrə Qəbul ELAN EDİR

UNEC fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir!

QHT.az xəbər verir ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyənlər iyun ayında “Xarici dil” fənnindən DİM-də imtahan verəcəklər. “Xarici dil” fənnindən keçid balını toplayan şəxslər “Fəlsəfə” və “İxtisas” fənni üzrə imtahan verməlidirlər. Fəlsəfə fənni üzrə imtahanın 2, 3 və 4 sentyabr, “İxtisas” fənnindən imtahanın isə 9, 10 və 11 sentyabr 2024-cü il tarixlərində keçirilməsi nəzərdə tutulur.

Doktorantura və ya dissertanturaya sənədlərin təqdim olunması 16 aprel - 15 may 2024-cü il tarixlərində www.portal.edu.az platforması üzərindən aparılacaqdır.

Qəbulla bağlı ətraflı məlumatı news.unec.edu.az saytının elanlar bölməsindən və ya UNEC-in Doktorantura şöbəsinə müraciət edərək öyrənmək olar.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı