Potensial su layihələri üzrə Əməkdaşlıq Müqaviləsi imzalanıb - FOTOLAR
Aprelin 22-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə bp şirkəti arasında potensial su layihələri üzrə Əməkdaşlıq Müqaviləsi imzalanıb.
QHT.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində 3 layihənin icrası nəzərdə tutulur. Birinci layihə çərçivəsində Göyçay rayonunda bp-nin maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən yeni su təchizatı sistemləri yaradılacaq. Tədbirdə çıxış edən İctimai Birliyin əməkdaşı Zərifə Məmmədli yeni sistemin imkanlarından istifadə etməklə yağış sularının toplanması, çökdürülməsi, təmizlənməsinin təmin olunacağını və əkin sahələrinin suvarılması üçün istifadə ediləcəyini bildirib. Sistemin ildə 500 min kubmetrdən çox su təmizləmə gücündə olacağı nəzərdə tutulur ki, bu da 100 hektara qədər ərazini suvarmağa imkan verəcək.