Xəbərlər 23.04.2024 15:14 868

Ağdamda əmək yarmarkası olacaq

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkası aprelin 26-da Ağdamın Quzanlı qəsəbəsində təşkil olunacaq.

 

Yarmarkada işsiz və işaxtaran şəxslərə 12 müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 170 vakansiya təqdim ediləcək.

 

Yarmarka iştirakçılarına Agentliyin icra etdiyi layihə və tədbirlər barədə ətraflı məlumatlar da veriləcək. Yarmarka saat 11:00-dən 13:00-ə kimi davam edəcək.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı