Xəbərlər 24.04.2024 15:56 1138

Minatəmizləmədə Gender Bərabərliyi: Beynəlxalq Seminarın Təcrübə Paylaşımı

Bu gün dünyanın müxtəlif yerlərindən gələn BMTİP-nin texniki ekspertləri, minatəmizləmə agentliklərinin nümayəndələri və icraçı tərəfdaşlar minalarla mübarizə sahəsində gender məsələsi üzrə qabaqcıl təcrübə və bilikləri bölüşmək məqsədilə bir araya gəlib.

QHT.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Minatəmizləmədə gender məsələsi üzrə qabaqcıl təcrübələrə dair beynəlxalq seminar” çərçivəsində Azərbaycan, Laos, Livan və Ukrayna kimi müxtəlif ölkələrdən olan iştirakçılar və hökumət təşkilatları fərqli perspektivlər, təcrübələr və ideyalara əsaslanmış təqdimatlarla çıxış etdi. Fikir mübadiləsi milli minatəmizləmə agentliklərinin öz əməliyyatlarında gender bərabərliyini təmin etmək üçün hansı ciddi addımlar atdığını bir daha ortaya qoydu və bu sahədə nəzərəçarpacaq irəliləyiş qeyd edildi. Görüşdə bu istiqamətdəki fəaliyyətin daha da gücləndirilməsinə olan ehtiyac vurğulandı, iştirakçılar ümumi çağırışların və gender bərabərliyi gündəmini irəliyə apara biləcək mümkün yolların müəyyən edilməsi üçün imkan əldə etdi.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı