Xəbərlər 25.04.2024 00:13 1245

 Dünya Hemofiliya Konqresinin axırıncı günü başa çatıb

Dünya Hemofiliya Konqresində (Madrid , İspaniya) iştirak edən Ayaz Hüseynovun layiqli təmsilçiliyi Assosiasiyanın idarə heyəti tərəfindən dəyərləndirilib və yüksək qiymətləndirilib.

QHT.az xəbər verir ki, bu barədə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru Gülnarə Hüseynova məlumat verib. O, qeyd edib ki, bu gün 24.04.2024 hər iki ildən bir keçirilən Dünya Hemofiliya Konqresinin axırıncı günü başa çatır, Azərbaycanın yeganə üzvü və təmsilçisi Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin sədri Ayaz Hüseynov sosial şəbəkələrdə yerləşdiyi foto və proqram hesabatına nəzər və aşağıda qeyd etdiyimiz qənayətə gəldik:

"1. Dünyanın 102 ölkəsindən qatılan Assosiasiya rəhbərləri üçün keçirilən Qlobal Təlimdə təcrübə mübadiləsi zamanı bildirildi ki, Azərbaycan Respublikasının dövlət səhiyyə qurumları və Assosiasiya xəstə vətəndaşların sağlamlığının qorunması üçün vəhdət təşkil edir.

2. Dünya Hemofiliya Federasiyasının Azərbaycanın həqiqi üzvü Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının fəaliyyətini Federasiyanın prezidenti Sezar Qarrido yüksək qiymətləndirmişdir.

3. Təşkilatlar üçün keçirilən Qlobal Təlimdən sonra Ümumdünya Hemofiliya Konqresi öz işinə başlamış və həkim, alim, pasiyent və onların ailə üzvlərindən ibarət 147 ölkədən iştirakçıların sayı 3.000 ötmüşdür. Burada Ayaz Hüseynov müxtəlif elmi sessiyalarda iştirak etmiş və dünyada inkişafda olan tibb elminin nailiyyətlərinə dair dəyərli məlumatlar almışdır.

4. Konqress zamanı yeni əlaqələr qurmuş, həmdə illər boyu dostlar və həmkarlarla görüşlər keçirmiş, yeni layihələr haqqında müzakirələr aparmışdır.

5. Konqress zamanı təşkil olunan Farmaseptik Şirkətlərin səgisində yeni dərman preparatları haqqında məlumat almışdır".

Azərbaycanın hemofiliya problemlərinin enişli, yoxuşlu həlli yolunda Ayaz Hüseynova və onun 7 nəfərdən ibarət idarə heyətinə və Assosiasiyanın 75 üzvünə müvəffəqiyyətlər arzu edirik.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı