Xəbərlər 02.05.2024 15:05 1250

FHN-in Gəncə Regional Mərkəzi Gədəbəy rayonunda “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Gədəbəy rayonunda “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda dəyirmi masa keçirilib.

 

Toplantıda Nazirliyin aidiyyatı yerli qurumlarının, Gədəbəy Rayon İcra Hakimiyyətinin və rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, eyni zamanda bələdiyyələrin məsul vəzifəli şəxsləri iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov tədbirin əhəmiyyətindən danışıb, qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.

 

Sonra çıxış edən FHN-in Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı informasiya mübadiləsinin həyata keçirilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti, bu sahədə görülən işlər, problemlər və onların həlli yolları barədə geniş məlumat verib.

 

Tədbirdə digər çıxış edənlər təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı maarifləndirmə işinin vacibliyindən danışıb, fəlakətlərin qarşısının alınması istiqamətində müvafiq təkliflər veriblər.

 

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı