Xəbərlər 08.05.2024 16:55 6230

FHN yanında İctimai Şuranın üzvləri İdman-sağlamlıq klubunun fəaliyyəti ilə tanış olublar - FOTOLAR

7 may 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın sədri Fuad Hacızadə və sədrin müavini Vəfa Abbasova Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun fəaliyyəti ilə, burada yaradılmış şəraitlə yaxından tanış olublar. Görüşdə FHN-in İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini İradə Kərimova da iştirak edib.

Klubun rəisi polkovnik Füzuli Musayev Şura üzvlərinə klubun fəaliyyəti haqqında ətraflı məlumat verərək burada yerli və beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkili üçün hərtərəfli şəraitin yaradıldığını qeyd edib. O, il ərzində Nazirliyin strukturuna daxil olan qurumlar arasında müxtəlif idman növləri üzrə yarışların keçirildiyini, həmçinin Nazirliyin əməkdaşlarının mütəmadi olaraq həm beynəlxalq, həm də yerli yarış və turnirlərdə mübarizə apardıqlarını və Azərbaycanın üçrəngli bayrağının idman arenalarında layiqincə dalğalandırdıqlarını vurğulayıb.
 

Sonra Şura üzvləri Klubda Ulu Öndərin idmanın inkişafı istiqamətində gördüyü işləri özündə əks etdirən Heydər Əliyev Muzeyində geniş ekspozisiya və fotoguşələrlə tanış olub, idman zalları və üzgüçülük hovuzuna baxış keçiriblər.
 

İctimai şuranın üzvləri İdman-sağlamlıq klubunda yaradılmış şəraiti və klubun fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər.

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı