Hüquqşünasların nəzərinə: Təlimçilər üçün Təlim
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) və Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə Təlimçilər üçün Təlim keçiriləcək.
QHT.az xəbər verir ki, insan hüquqlarına dair yerli qanunvericilik, beynəlxalq hüquqi sənədlər, insan hüquqlarının müdafiə mexanizmləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, insan hüquqlarının monitorinqi və digər mövzuları əhatə edəcək 5 günlük təlimlər İnstitutun təlimçi-ekspertləri tərəfindən təşkil olunacaq.
Təlimlərdə iştirak üçün tələblər:
- Hüquq təhsili;
- Minimum 3 il hüquqşünas təcrübəsi;
- Yaxşı təqdimat və natiqlik bacarığı;
- Azərbaycan dilində səlis danışıq.
Təlimləri uğurla bitirmiş iştirakçılar Hüquq və İnsan Haqları İnstitutunun təlimçi bazasına daxil ediləcək və sertifikatla təmin olunacaqlar.
İştirak etmək istəyən şəxslər öz CV lərini [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.
Müraciət üçün son tarix: 20 may 2024-cü il, saat 12:00.
Qeyd: 5 günlük təlimlərin hər birində iştirak zəruridir.