Xəbərlər 21.05.2024 14:00 964

Şəhidimiz Hasil Abdullayevin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Hasil Abdullayev 1985-ci il mayın 21-də Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 16 oktyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Hasil Abdullayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı