Bu gün xüsusi bir qonağımızla söhbət edəcəyik. Qonağımız "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova öz sahəsində böyük işlər görmüş bir şəxsdir. Müsahibəmizlə "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin fəaliyyəti, şəhid ailələrinin üzləşdiyi çətinliklər və cəmiyyətin bu ailələrə göstərdiyi dəstək haqqında danışacağıq. Həmçinin gələcəkdə həyata keçirəcəkləri layihələr barədə də məlumat alacağıq.
Beləliklə, sözü daha çox uzatmadan Tünzalə Abduləlimova ilə müsahibəyə başlayaq.
QHT.az: “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq şəhid ailələrinə göstərdiyiniz dəstəkdən danışardınız?
Tünzalə Abduləlimova: "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi yaranmamışdan öncə mən balamı axtaran zamanlar Qubaya şəhid gəldikcə həmin ailələri ziyarət edirdim. Onlara dəstək olmağa çalışırdım. Düzdü o zaman məndə o dəstək tam alınmırdı. Çünki onların nə çəkdiyini anlamırdım. Amma sonra Miqdadın şəhid xəbəri gələndə mən onlardan biri oldum,onlarin kecirdiyini artiq məndə kecirirdim ona görə artiq onlara dəstəyimdə bir başqa idi. Və sonra bu təşkilatı yaratmağa qərar verdim. Artiq Vətən Naminə kimi və şəhid anası kimi bu ailələri gəzəndə ilk olaraq ailələrə mənəvi dəstək olmağa çalışırdım. Bu da məndə alınırdı, biz bir dərd ortağı idik. Azərbaycan üzrə 1500-dən cox şəhid ailələrini ziyarət edik. Və onlara olan dəstəyim göz qabağındadı. Onların mənə verdikləri dəyər o deməkdi ki, mən bir şəhid anası, təşkilat sədri kimi də vəzifəmi layiqincə öhtəsindən gəlirəm. Əgər bu gün gecə bilmədən, gündüz bilmədən mənə zəng edib dərləşirlərsə demək mən düz yoldayam. İnsallah ki, Allah yolumuzdan azdırmaz. Ümumi danışsam neçe-neçe şəhid, qazi ailələrə həm mənəvi, həm hansısa problemlərin həllində yardımcı olmuşuq. Misal üçün şəhid, qazi ailələrinə qaz, su, yol, müalicəsinə dərmanlar, şəhid ailəsinə statusun verilməsi, qazilərimizin əliliyi, işlə təmin olmasına yardım etmişik. Bizim təşkilat tək şəhid ailələrinə yox, eləcə müharibə əlilərinə və imkansız ailələrə dəstək İctimayi Birliyidir. Ona görə hər sahədə dəstək olmağa çalışırıq.
QHT.az: Şəhid anaları və onların ailələrinin üzləşdiyi ən mühüm problemlər hansılardır və siz bu çətinliklərin öhdəsindən gəlmək üçün nə edirsiniz?
Tünzalə Abduləlimova: İlk olaraq müharibədən sonra analarımız pisixolojı vəziyyəti cox pis idi. Biz bir yerdə demək olar ki,bu prablemin öhtəsindən gələ bildik. Amma sonralar prablemlərin olması cox cətinliklər yaratdi ailələrə. Çünki ailələrin çox faizi imkansız olduqları ücün məşət prablemləri, ev, sağlamlıq prablemləri böyük çətinliklər yaratdı. Amma Dövlətimiz başda olmaqla bu prablemlər tam olmasada, amma çox qismi oz həllini tapilird. Amma yenə də qeyd edim ki, rayonlarda bəzi məmurların öz vəzifəsini yerinə yetirmədiklərinə görə bəzi ailələr cətinliklərlə üzbə-üzdü. Hər bir vəzifədə oturan insan bunu bilməlidi ki, əgər Prezidentimiz İlham Əliyev biz şəhid ailələrinə diqqəti böyükdüsə,hər fürsətdə şəhid,qazi ailələrinə diqqət edirsə və hamının bunu etməsini deyirsə demək hamı bunu etməlidi nə qədər ki, o vəzifədə oturursa. Bu çətinlikdən çıxmaq üçün mücadilə aparmaq hamımızın borcudu.
QHT.az: Cəmiyyətin şəhid analarına və onların ailələrinə göstərdiyi dəstək haqqında nə demək istərdiniz?
Tünzalə Abduləlimova: Yox hansısa təşkilat, ictimayi birliklər deyirsizsə o barədə cox problemlər var. Bəli bəzi təşkilatlar Şəhid, qazi ailələrinə dəstək oldular, amma sonra bu dəstək özlərinin reklamina və xeyirlərinə etməyə başladilar. Bəziləri hətda bu ailələrin vəziyətlərinin pis olmağindan istifadə edərək ailələri Dövlətə qarşı istifadə etmək istdilər və haləda etmək istəyirlər. Bu insanlar başa düşmürlər ki, bizim balalar bu Dövlət, Vətən uğrunda Şəhid olublar və biz bu Dövlətin arxasındayıq. Bizim bir millət olaraq Şəhid ailələrinə dəstəyimiz o olar ki, Şəhidləri unutmayaq, yaşadaq və beləcə Şəhidin ailəsi bununla təsəlisini tapsın. Çünki bir şəhid anası olaraqdan deyirəm ki, biz balalarımızi yaşadan hər bir xirda şeydən təsəlli tapırıq.Ona görədə Şəhidlərimizi unutmayaq. Bu gün Şəhidlər ucün tədbirlər hamısı müvəqətidi, elə eləmək lazımdi ki, Balalarımızın adları əbədiləşsin.
QHT.az: Şəhid ailələrinə göstərdiyiniz dəstəyin onların həyatına təsirini necə müşahidə edirsiniz?
Tünzalə Abduləlimova: Şəhid ailələrinə göstərdiyimiz dəstəkdən onların özləri danışa yaxşı olardı. Cünki mən bu barədə biraz cətinlik cəkirəm,cünki bu özümü tərifləmək kimi cıxacaq ona görə bir gün o sualları onlara verəsiz onlar cavablandırallar. Qısada olsa belə deyə bilərəm bu gün biz bir yerdə dərləşib,bir yerdə deyib gülürksə,bir yerdə ağlayırıqsa demək bu dəstəyin təsiri böyükdü.
QHT.az: Şəhid ailələrinə ictimai dəstək və siyasətin inkişafı ilə bağlı hansı təklifləriniz var?
Tünzalə Abduləlimova: Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İB ailəsidə bu baxımdan müxtəlif təşəbbüs və layihələrlə çıxış edir.
Şəhid ailələrinin nümayəndələri və qazilər də öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, dövlətimizin başçısı tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və verilən qiymət yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə bir nümunədir.
QHT.az: Şəhid ailələrinə dəstək vermək üçün qeyri-hökumət təşkilatları ilə ictimai qurumlar arasında hansı əməkdaşlıq əlaqələri qurursunuz?
Tünzalə Abduləlimova: Bu gün bizim İctimai Birliyimiz 3 ildi ki,təstiq olunub və fəliyyətdədi. Təstiq olunan gündən Qeyri - Hökümət Təkilatlarina Dövlət Dəstəyi Aqentliyi bizə cox böyük köməklik ediblər. Bu arada öz adımdan aqenliyin başda Aygün xanım olmaqla bütün əməkdaşlarına mənə göstədikləri dəstəyə görə təşəkkür edirəm. Bu 3 ildə Şəhid ailələrinə aid bütün lahiyələrimiz qalib gəlib və biz Şəhid, qazi ailələrinə həm hüquqi, pisixoloji, şəhid övladlarına dəstək olub. Onları sevindirərək və sonuncu "Şəhid övladları və vetiran övladları arasında yarışma" adlı lahiyəmiz qalib olub və beləcə QHT Aqentliyinin bizlərə böyük dəstəyi göz qabağındadı.
QHT.az: Şəhid ailələrinə verilən dəstəyin əhəmiyyətini vurğulayan mesajınız varmı?
Tünzalə Abduləlimova: Baxın gəlin belə danışaq.Bu gün bizim bu ailələrin qarşısında 2 borcumuz var. Biri vəzifə borcu ,2 vijdan borcu. Calışaq hər iki borcu layiqincə yerinə yetrək.Biz vəzifə borcunu tələb edə bilərik,amma vijdan borcu elə bir şeydi ki, onun icində olmalidı onu tələb edə bilmərik.
QHT.az: Şəhid ailələrinə dəstək olmaq istəyənlərin necə töhfə verə biləcəyi barədə məlumat verə bilərsinizmi?
Tünzalə Abduləlimova: Haşiyədən kənar cixsam olarda. Dünən mən tədbirə gedəndə bir maşinin Miqdadın şəklinin yanindan sürüb kecendə ona hərbi şərəf verdiyini gördüm. Ağladım,hətda ona catıb cox sağol demək istədim arxasıycan sürdük maşını. Bəziləri bərkə məni qınıyar ki, ana onlarin borcudu,etməlidilər. Amma men belə saymıram. Mən onu bilirəm ki,bu Vətəndə kim yaşayırsa hər birinin bu Vətən önündə bir borcu var,bu o demək deyir ki,hamı şəhid olmalıdı.Hər bir insanin öz vəzifəsi var. Mənim Allah və Vətən qarşısinda Şəhid vermək idi. Məndə şükür ki,ilk olaraq Allah qarşısında borcumu yerinə yetirdim,sonrada Vətən qarşısinda. Bundan sonra kı, iş bu torpaqda yaşayanlarin borcudu.Sözümü ona gətrirəm ki, Şəhid ailəsinə kicik bir əməl o ailənı yaşadır, dəstək olur.
QHT.az: “Vətən Uğrunda” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq gələcəkdə həyata keçirməyi planlaşdırdığınız layihələr və ya hədəflər hansılardır?
Tünzalə Abduləlimova: "Vətən Naminə" Şəhid ailələrinə dəstək İB olaraq gələcəkdə böyük planlarımız var, lahiyələrimiz var. Hədəfimizdə ilk öncə Şəhid, qazi ailələrinə dəstəkdi və necə ki İlham Əliyev balalarimiza inanib vur dedi və bizim balalarımız Prezidentlə bir yumruq olub, Qarabağı aldılar. Namusumuzu, qeyrətimizi təmizdədilər. Qarabağ Azərbaycandı dedilər, biz də Şəhidlərimizin işini davam edərək bundan sonra biz Şəhid ailələrinə vəzifə düşür ki, bu Dövətin və Pezidentimizin yanında olaq, Azərbaycanımızı qoruyaq.
Pərvanə Fərhadqızı
QHT.az