Xəbərlər 21.05.2024 17:32 2035

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” adlı Forum keçirildi - FOTOLAR

Gənc Mühasiblər İctimai Birliyi (GMİB) və Financial Chain Corporation (FCHAİN)-nin təşkilatçılığı ilə 18 may 2024-cü il tarixində Heydər Əliyevin 101-ci ildönümü münasibətilə Şuşa şəhərinə səfər təşkil edildi. Səfərin əsas məqsədi maliyyəçilərin Şuşa şəhərinə ilk səfər- gəzintisini təşkil etməklə yanaşı, işğaldan azad edilmiş torpaqlarda aparılan yenidənqurma işlərinə necə töhfə verə biləcəyimizi və bu ərazilərə maliyyə axının cəlb edilməsini, sahibkarlığın gələcək inkişafı perspektivləri, sahibkarlıqda yaşıl iqtisadiyyatın rolunun müzakirə olunacağı Forumun təşkili idi.

QHT.az xəbər verir ki, səfər zamanı Şuşada təsisçisi olduğumuz “Dövlət - Özəl sektor - QHT əməkdaşlığı” platformasının Biznes Mühitinin yaxşılaşdırılması İşçi qrupunun dəstəyi ilə “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” adlı Forum keçirildi. Forumun açılış mərasimində GMİB-in sədri Solmaz Əliyeva və FCHAİN-nin Baş direktor müavini Valid Hüseynov iştirakçıları salamlayıb Şuşa şəhərində olmağın qürurvericiliyindən bəhs etdilər. Daha sonra Qızıl Əllər Təhsil Mərkəzinin sədri, Prezident mükafatçısı Zemfira Ağayeva, Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev, GMİB-in təlimçisi Nihad Mehmanlı çıxış edərək Forumun təşkili və Şuşa şəhərinə səfər üçün öz təşəkkürlərini bildirdilər.

Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayevin moderatorluğu  ilə Qarabağın Dirçəlişi Maliyyəçilərin Gözü ilə və Yaşıl İqtisadiyyatın perspektivləri adlı I Paneldə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova “Zəngəzur dəhlizi: iqtisadi imkanlar və perspektivlər”, KOBİA Regional layihələrlə iş və monitorinq şöbəsinin müdiri Kamran Bağırzadə “İşğaldan azad edilmiş ərazilərdə Yaşıl İqtisadiyyat sahəsinin perspektivləri” mövzusunda çıxış etdi. II Panel isə İşğaldan azad edilmiş ərazilərdə iqtisadi fəaliyyətlərin tənzimlənməsi başlığı altında Dövlət Vergi Xidməti Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov, Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev, Dövlət Vergi Xidməti Vergi siyasəti baş idarəsinin Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsinin rəisi Əhməd Əhmədov çıxış etdi.

Panellərin yekununda ümumi iştirakçılarla birlikdə müvafiq mövzularda geniş müzakirələr aparıldı və Heydər Əliyevin Şuşa şəhəri ilə bağlı fikirlərinin səsləndirilməsi ilə birlikdə Forum yekunlaşdı.

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı