Xəbərlər 22.05.2024 15:46 938

Elşad Məmmədov İnflyasiya və Qlobal İqtisadiyyata Təsirindən danışdı

"Dünya iqtisadiyyatında həm monetar, həm də qeyri-monetar inflyasiya baş verir. FES və digər maliyyə qurumları monetar siyasəti sərtləşdirməyə çalışsa da, bu cəhdlər yalnız məhdud nəticələr verir. Qeyri-monetar problemləri monetar üsullarla həll etmək mümkün deyil".

QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elşad Məmmədov bildirib. Onun sözlərinə görə, əsas pul emitentlərinin monetar siyasəti sərtləşdirməsi, qlobal iqtisadiyyatı dərin böhrana sürükləyə bilər. Bu, defoltlar və müflisləşmələr dalğasına və ciddi sosial fəsadlara səbəb ola bilər: "Covid-19 pandemiyası ilə mübarizə üçün ABŞ-da artan büdcə kəsiri nəticəsində pul kütləsi artıb. 2024-cü ilin ortalarına qədər bu təsirin tükənməsi və pul kütləsinin daralması, ABŞ maliyyə sektorunu ciddi dilemmanı ilə üz-üzə qoya bilər".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı