Xəbərlər 22.05.2024 20:28 1110

BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar müraciət ünvanlayıb

QHT.az həmin müraciəti Azərbaycan dilində sizə təqdim edir:

Dünyanın mürəkkəb bioloji şəbəkəsi yer üzündəki bütün həyatı qoruyur.

Bununla belə, şəbəkə həyəcan verici sürətlə pozulur və bunun səbəbi insanlardır.

Biz torpaqları, okeanları və şirin suları zəhərlə çirkləndiririk, landşaftları və ekosistemləri məhv edirik və qiymətli iqlimimizi istixana qazları emissiyaları ilə pozuruq.

Biomüxtəlifliyin azaldılması bu gün dayanıqlı inkişafa ziyan vurur, sabah isə təhlükə və qeyri-müəyyənlik yaradır.

Kunming-Monreal Qlobal Biomüxtəliflik Çərçivəsi iş yerlərinin yaradılması, davamlılığın artırılması və dayanıqlı inkişafa təkan verərkən itkini geri qaytarmaq və biomüxtəlifliyin bərpası üçün bir yol təklif edir.

Hökumətlər rəhbərlik etməlidir.

Lakin builki Beynəlxalq Bioloji Müxtəliflik Günü bizə xatırlatdığı kimi, biz hamımız “Planın bir hissəsiyik” – və hər birimizin oynamalı olduğu rol var.

Yerli xalqlar, biznes, maliyyə institutları, yerli və regional hakimiyyət orqanları, vətəndaş cəmiyyəti, qadınlar, gənclər və akademik dairələr biomüxtəlifliyi hər kəsə fayda gətirəcək şəkildə qiymətləndirmək, qorumaq və bərpa etmək üçün birlikdə çalışmalıdırlar.

Beynəlxalq Biomüxtəliflik Gününü qeyd edərkən, gəlin planın bir hissəsi olmağı öz öhdəmizə götürək.

Biomüxtəlifliyi bərpa yoluna qoymaq üçün təcili hərəkətə keçək.

Gəlin, planeti qorumaq və hamımız üçün daha dayanıqlı gələcək yaratmaq üçün oktyabr ayında BMT-nin Biomüxtəliflik Konfransına (COP16) ambisiya yaradaq.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı