Xəbərlər 23.05.2024 13:17 1597

VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı öz işinə başladı - VİDEO

Heydər Əliyev Mərkəzində UNEC, Heydər Əliyev Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR) öz işinə başlayıb.

QHT.az xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan konfransın mövzusu “Dayanıqlı İnkişafın Yeni Dövrü: Yaşıl Transformasiya və İqlim Maliyyələşdirilməsi”dir.

Mayın 26-nadək davam edəcək konfransda 38 ölkədən, 83 universitet və tədqiqat qurumundan 374 tədqiqatçı iştirak edəcək və 42 sessiyada 245 tədqiqat işi məruzə olunacaq.

Konfransda xüsusi olaraq hazırlanmış 4 kitabın - “Xülasələr Kitabı”, “Yaşıl İqtisadiyyat”, “Yaşıl İqtisadiyyat və Dayanıqlı İnkişaf” və “Türk Dünyasında Yeşil ve Dönüşüm Ekonomisi: Geçiş için Yol Haritası”- təqdimatı da keçiriləcək.

Eləcə də UNEC və EMERALD nəşriyyat evi arasında birgə əməkdaşlıq əsasında nəşr olunacaq “Sustainable Development and Green Innovation: Managing risk through interdisciplinary approaches and policy strategies” kitabı haqqında məlumat veriləcək.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı