TƏBİB vətəndaşlar üçün onlayn həkim seçimini reallaşdıracaq - VİDEO
"Tibb müəssisələrinin vahid saytlarının yaradılması prosesi gedir. Əvvəlcə daha böyük tibb müəssisələrinin vahid platformalarını yaratmağa çalışacağıq. Növbəti mərhələdə isə rayon mərkəzi xəstəxanalarının da özünə məxsus saytları olacaq".
Səhiyyə TV-də yayımlanan "Sağlam Səhhət" proqramında TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova belə deyib. Onun sözlərinə görə, saytlarda xəstəxana ilə bağlı bütün məlumatlar yer alacaq: "Həmin müəssisələrin özü haqqında, gördüyü işlər, şöbələri, avadanlıqları haqqında geniş məlumat yer alacaq. Həkimlərlə bağlı da doğru məlumatlar olacaq. Bu da pasiyentlər üçün bir seçim imkanı yaradacaq ki, vətəndaş həkimlər haqqında olan məlumatlara baxaraq özü üçün daha yaxşı bildiyi həkimi seçə biləcək. Əsas məqsədimiz həm ölkəmizdə, həm də qlobal dünyada olan informasiya axınına cavab verməkdir."
Pərvanə Fərhadqızı