Güləş üzrə region turnirinə yekun vurulub – Masallıda
Masallı yunan-romaçıları və Cəlilabad sərbəst güləşçiləri ən yüksək mükafata sahibləniblər
Müstəqillik Gününə həsr olunmuş Lənkəran-Astara regionu üzrə Spartakiada çərçivəsində sərbəst və yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Olimpiya İdman Kompleksində keçirilən region turniri iki gün (24-25 may) davam edib.
Turnirdə 2009-2011-ci il təvəllüdlü 80 sərbəst güləşçi, 60 yunan-romaçı qüvvəsini sınayıb.
Sərbəst güləş üzrə yarışmada Cəlilabad rayon komandası birinci, Lənkəran rayon komandası ikinci, Masallı rayon komandası üçüncü yerə layiq görülüb.
Yunan-Romaçıların mübarizəsində isə müvafiq olaraq Masallı, Lənkəran və Cəlilabad rayon komandaları fərqlənib.
Qaliblər Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin medal və diplomları ilə təltif olunub.
Akif AĞAYEV