Xəbərlər 27.05.2024 08:20 1114

QHT məktəb liseydə dəyirmi masa təşkil edib - FOTOLAR

Azərbaycanın 2030-cü ilədək sosial-iqdisadi inkişafına dair milli prioritetlırdən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”müəyyən edilməsi cəmiyyətimizdə ətraf mühitin sağlaqmlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsinə marağı daha da artırmışdır. Bu məqsədlə dövlət səviyyəsində həyata keçirilən layihələrlə yanaşı maarifləndirici tədbirlər də genişlənməkdədir. Bu istiqamətdə vətəndaş cəmiyyətinində  tövhələri getdikcə genişlənir.

QHT.az xəbər verir ki, “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Yaşıl düşüncənin yerlərdə təşviqi“ layihəsi də bu ideyaların gercəkləşməsinə xidmət etməkdədir.

Növbəti maarifləndirici tədbir Salyan rayonunda şair Əliağa Kürçaylının adını daşıyan 7 saylı texniki fənlər təmayüllü məktəb- liseydə təşkil olunub. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, tanınmış ziyalılar, şəhər sakinləıri  və yerli Medianın nümayəndələri iştirak ediblər.

Dəyirmi masada layhə rəhbəri Rüstəm Məlikov may ayının 1-dən icrasına başlanılan layihənin məqsələri və gözlənilən nəticələr barədə tədbir iştirakçılarına məlumat vermiş və qeyd etmişdir ki, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və bu istiqamətdə görülən digər işlər cəmiyyətimizin bu sahəyə nə qədər çox dəstək vermək  əzmində  olduğunu göstərməkdədir.

Bildirilmişdir ki, icra müddətində keçiriləcək dəyirmi masalar, ekoturlar, Kür çayı sahilində icra olunacaq  təmişzlik aksiyaları insanlarda təbiətə dost münasibəti formalaşdıracaq, ətraf mühitin qorunması üçün yeni təşəbbüslər verən könüllülər  artacaqdır.

Tədbirdə məktəb liseyin biologiya müəllımi, tanınmış ekspert, Əməkdar müəllim, Gülşən Piriyeva, liseyin Əməkdar coğrafiya müəllimi Şəhla Rəhimova, şəhid Vidadi Əhmədovun həyat yoldaşı, liseyin riyaziyyat müəllimi Zöhrə Əhmədova, çagird Anana Orucova çıxış edərək  təhsil ocağında yaşıl düşüncənin təşviqi istqamətində mövcud vəziyyət və həyata keçirilən işlər barədə danışıb, təkliflər irəli sürüblər. Deyilib ki, Kür çayı sahillərində ekoloji vəziyyətin qorunmasına daha ciddi yanaşmağa səy göstərmək lazımdır.

Tədbirdə rayon ictimaiyyətini təmsil edən rayon Ağsaqqallar Şurasının sədri Məhəmməd Ağayev, rayon Ziyalılar birliyinin sədri Alahverdi Piriyev, şair –publisist Əzizağa Məmmədli sıxış edərək bu ilin noyabr ayında Bakı şəhərində keçiriləcək COP-29 tədbirinin də cəmiyyətimizin həyatında mühim rol oynayacağını bildiriblər.

İştirakçılara maarifləndirici press-relizlər paylanıb və tədbir çay süfrəsi ətrafında davam etdirilib. Səslənən təkliflər layihə rəhbərliyi tərəfindən qeydə alınıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı