Sabirabadda “Qızlar müzakirəyə qoşulur”...mövzusunda təlim
Uşaq Səfirlər Məclisinin Sabirabad üzrə regional nümayəndələri Əminə Quliyeva və Dilbər Ağayeva tərəfindən “Qızlar müzakirəyə qoşulu” silsilə layihəsi çərçivəsində “Qızların təhsildən yayınması və erkən nikah” mövzusunda təlim keçirilib.
QHT.az xəbər verir ki, təlimdə Uşaq Səfirlər Məclisinin regional nümayəndələri, fəalları və məktəbli qızlar iştirak ediblər.
Təlim zamanı müasir dövrdə qızların cəmiyyətdə rolu və qarşılarında sədd rolunu oynaya biləcək problemlər müzakirə edilib. Problemlər ilə qarşılaşdıqda atılacaq addımlar izah edilib.