Xəbərlər 07.06.2024 00:36 3861

Siyəzən rayonunda "Sağlamlıq İmkanları Məhdud Uşaqlara Qayğı Tədbirləri" Layihəsi Başladı

“Sosial Dayaq” İctimai Birliyi Siyəzən rayonunda Sağlamlıq imkanları məhdud uşaqlara qayğı tədbirləri” adlı layihənin icrasına başlayıb. 

QHT.az xəbər verir ki, layihə rəhbəri Qərənfil Niftəliyeva bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir: "Layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar müəyyən olunacaq, onların ehtiyacları mütəxəssislər tərəfindən öyrəniləcək və hər bir uşağa ehtiyacına uyğun qayğı tədbirləri təşkil olunacaq. Təlimlər uşaq mütəxəssisləri tərəfindən aparılacaq. Təlimlər zamanı yaş normativləri nəzərə alınmaqla hər uşaq üçün ayrı-ayrılıqda  təlim qaydaları hazırlanacaq".

Qərənfil Niftəliyeva həmçinin bildirib ki, təlimlərdə valideynlər də iştirak edəcəklər, onlar öz uşaqları ilə ünsiyyət qurmaq, onlara  erkən  yardım göstərmək bacarıqları əldə edəcəklər: "Valideynlərə uşaqları ilə ev şəraitində necə məşğul olacaqları barədə məlumatlar veriləcək. Uşaqların sağlamlığı məqsədilə dövlət uşaq tibb müəssisələrinin əlçatanlığının təmin olunması və uşaqlara  xidmət göstərən mərkəzlərlə  əlaqələr yaradılacaq. Uşaqlara qayğı tədbirlərinin təşkili, onların sosial bacarıqlar əldə etməsi, fiziki-mənəvi inkişafı digər uşaqlarla bərabər cəmiyyətdə  müstəqil iştirak etməsinə müsbət təsir göstərəcəkdir".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı