Deputat Kamal Cəfərov Sabirabad Rayonunda Yenidənqurma İşlərdən Danışıb
"Ötən ilin sentyabr ayında “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədova etdiyim müraciət əsasında Sabirabad rayonunda qurumun rəhbər şəxsləri ilə birgə vətəndaş qəbulu keçirtdik. Şəxsi müraciətlərlə yanaşı, kəndlərin enerji təchizatının yaxşılaşdırılması məsələsini də müzakirə etdik. Bizə bildirildi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində bir sıra təmir-bərpa işlərin həyata keçirilib və bəzi yenidənqurma işləri isə qısa müddətdə bitəcək".
QHT.az xəbər verir ki, bu sözləri deputat Kamal Cəfərov bildirib. Onun sözlərinə görə, həyata keçirilən yenidənqurma işləri ilə yerində tanış olmaq üçün Əhmədabad kəndinə gedib, yerli sakinlərlə görüşüb: "Ümumilikdə 2023-2024-cü illərdə Sabirabad rayonun 21 kəndində açıq naqillərdən ibarət olan 0,4 kV-luq şəbəkələrində yenidənqurma işləri aparılmaqla 0,4 kV-luq ÖİN tipli kabel xətləri çəkilib, rayon ərazisində yerləşən 35 kV-luq yarımstansiyaların hər biri əsaslı təmir edilib. Bu bir daha onu göstərir ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işləri Azərbaycanın bütün rayonlarında həyata keçirilən infrstruktur layihələri vəhdət təşkil edir. İnkişaf Azərbaycanın hər bir nöqtəsində davam edir. Rayon sakinləri də görülən bu işlərə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını çatdırdılar".
Görülən işlərin həcmi ilə bağlı daha geniş məlumat videoda: