Xəbərlər 11.06.2024 09:12 1053

Qarabağ Universitetinin rektoru UNEC tələbələri ilə görüşüb - FOTOLAR

Qarabağ Universitetinin rektoru dosent Şahin Bayramov UNEC tələbələri ilə görüşüb.

QHT.az xəbər verir ki, görüşdə tələbələrə ilk dəfə tələbə qəbulu həyata keçirəcək Qarabağ Universitetin üstünlükləri, ixtisasları, tədris prosesi, müəllim heyəti, xüsusi təqaüd imkanları, yataqxanası və s. barədə ətraflı məlumat verilib.

SABAH qruplarının İcra Komitəsinin rəhbəri Elza Səmədova isə Qarabağ Universitetində SABAH qrupları üzrə açılan ixtisaslar və qəbul qaydaları ilə bağlı tələbələri məlumatlandırıb.

Çıxışlardan sonra tələbələrin sualları cavablandırılıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı