Xəbərlər 11.06.2024 18:34 1328

"XV Azərbaycan-Türk-Alman Tibb Hüququ Simpoziumu" keçirilib - FOTOLAR

"INJURIA" hüquq jurnalı, Almaniyanın Martin Luter Universiteti və Türkiyənin Tibb Hüququ İnstitutunun birgə təşkilatçılığı ilə ilk dəfə olaraq Azərbaycan Respublikasında "XV Azərbaycan-Türk-Alman Tibb Hüququ Simpoziumu" keçirilib.

QHT.az xəbər verir ki, simpoziumun əsas məruzəçiləri Almaniya, Türkiyə, Qazaxıstan və Azərbaycanda çoxillik praktiki təcrübəyə malik olan aparıcı ekspertlər oldu.

Simpoziumda Mediasiya Şurasını İdarə Heyətinin üzvü Sima Yaqubova, Bakı 9 Saylı Mediasiya Təşkilatının rəhbəri Leyla Nəsibova, Bakı 12 saylı Mediasiya Təşkilatının rəhbəri Sevda Məhərrəmova, Bakı 15 saylı Mediasiya təşkilatının rəhbəri Qasım Şaliyev və mediator Günel Rəhimova təmsil edib.

Qeyd edək ki, simpoziumun məqsədi dünyada və ölkəmizdə yeni biotexnoloji ve biotibbi fəaliyyətin həyata keçirilməsi ve bu istiqamətdə müvafiq tedqiqatların aparılması zamanı aktuallığı ilə səciyyələnən insan hüquq və azadlıqlarının müdafiəsinin təmin olunması, bu sahədə görülən işlərə tibb və hüquq elminin birgə yanaşmasını ve fərqli baxışlarını, kəsişən ortaq məqamları və dəyərləri müzakirə etməkdir.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı