Xəbərlər 11.06.2024 18:43 1957

Uşaq Səfirlər Məclisinin nümayəndələri “Google AI Hackathon”da böyük uğur qazanıb - FOTOLAR

Uşaq Səfirlər Məclisinin İKT departamentinin direktoru Aşurbəy Məmmədzadə, üzvü Rüfət Əzizzadə və Məclisin təcrübə proqramının könüllüsü Zahid İbrahimlinin iştirak etdiyi komanda “Bakcell”in rəsmi sponsorluğu və Tech Academy-nin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən “Google AI Hackathon”unda II yerin qalibi olublar.

QHT.az xəbər verir ki, belə ki, onlar hazırladıqları “smart eynək” layihəsi ilə “JOSHUA VERSE” komandası olaraq yarışıblar.

Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin ev sahibliyi etdiyi innovasiya və yüksək texnologiyaları təmsil edən tədbir, yaradıcı beyinləri, süni intellekt həvəskarlarını, developer və proqramçıları bir araya toplayıb. Google-ın möhtəşəm Sİ platforması olan “Gemini”dən istifadə edərək yenilikçi həllər tapmağa çalışan 21 komanda 2 gün ərzində qalibiyyət üçün yarışıb.

Uşaq Səfirlər Məclisinin nümayəndələrini təbrik edir, uğurlar arzu edirik!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı