Xəbərlər 12.06.2024 13:57 1172

"Aprel" şəhidimiz Əlizaman İslamovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əlizaman İslamov 1997-ci ilin 12 iyun günündə Bakıda Zabrat qəsəbəsində anadan olub. O, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, Əlizaman İslamov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı