Xəbərlər 12.06.2024 16:10 1632

Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib - FOTOLAR

"Bu gün UNEC-də Səs Media Qrupla birlikdə Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirdik. Tədbirdə Azərbaycanın Xilaskarı Ulu Öndərin fəaliyyətinin müxtəlif aspektləri haqqında YAP İdarə Heyətinin üzvü, MM Səhiyyə Komitəsinim Sədr müavini hörmətli Rəşad müəllim Mahmudovun, 91-lərdən, YAP Veteranlar Şurasının üzvü hörmətli Tahir müəllim Məmmədovun və Səs Media Qrupun rəhbəri hörmətli Bəhruz müəllim Quliyevin maraqlı çıxışlarını dinlədik. Sonda Milli Qurtuluş Günü ilə bağlı xüsusi olaraq çəkilmiş “Xalqın taleyini dəyişən zəfər günü” filminə baxdıq".

QHT.az xəbər verir ki, bu sözləri UNEC rektoru, professor Ədalət Muradov bildirib.

Qeyd edək ki, tədbirdə çıxış edənlər Ulu Öndərin ölkənin inkişafı və milli qurtuluşu yolunda göstərdiyi böyük xidmətlərdən, onun uzaqgörən siyasətindən və qətiyyətli liderlik keyfiyyətlərindən bəhs etdilər. Çıxışlar zamanı vurğulandı ki, Heydər Əliyev Azərbaycanın taleyində dönüş nöqtəsi olan çox mühüm qərarlar verib, ölkəni xaos və böhrandan çıxararaq sabitlik və inkişaf yoluna yönəldib. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar və strateji təşəbbüslər Azərbaycanı müstəqil və güclü dövlətə çevirdi. Rəşad Mahmudov, Tahir Məmmədov və Bəhruz Quliyev öz çıxışlarında Heydər Əliyevin uzaqgörən siyasətinin, milli birliyi və sabitliyi təmin etmək üçün atdığı addımların əhəmiyyətini vurğuladılar.

Tədbirin sonunda Milli Qurtuluş Günü ilə bağlı xüsusi olaraq çəkilmiş “Xalqın taleyini dəyişən zəfər günü” adlı film nümayiş etdirildi. Film, Heydər Əliyevin liderliyinin və fəaliyyətinin Azərbaycan xalqının taleyini necə dəyişdiyini, milli qurtuluş mübarizəsinin uğurlarını əks etdirirdi. Bu film vasitəsilə tədbir iştirakçıları, Ulu Öndərin Azərbaycanın inkişafı və müstəqilliyi yolundakı əzmkarlığını və fədakarlığını bir daha dərin ehtiramla yad etdilər.

UNEC rektoru, professor Ədalət Muradov, tədbirin əhəmiyyətindən danışaraq, Ulu Öndər Heydər Əliyevi dərin ehtiramla andı. O, tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirərək, bu cür tədbirlərin gənc nəsillərə milli ruhu və vətənpərvərlik dəyərlərini aşılamada mühüm rol oynadığını qeyd etdi.

Ulu Öndər Heydər Əliyevi dərin ehtiramla anırıq...


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı