Qəzza zolağında yarım milyondan çox qadın ciddi ərzaq çatışmazlığı ilə üzləşib
Qəzza zolağında ən azı 557 000 qadın ciddi qida çatışmazlığı ilə üzləşib. BMT bildirir ki, münaqişə davam etdiyi və humanitar yardıma çıxış məhdud olduğu müddətdə Qəzza zolağında aclıq riski yüksək olaraq qalır.
QHT.az xəbər verir ki, bundan əlavə, Fələstin Təhsil Nazirliyinin verdiyi məlumata görə, 2023-cü il oktyabrın 7-dən bəri Qəzzada 8,5 mindən çox tələbə İsrailin hücumlarının qurbanı olub. İordan çayının qərb sahilində daha 100 fələstinli tələbə həyatını itirib.
Pəevanə Fərhadqızı