Xəbərlər 01.07.2024 23:02 1231

Sabunçu Gənclər Evində  “İrəvanın yaddaşı: Qədim yurdda Azərbaycan izləri” layihəsi çərçivəsində gənclərlə maarifləndirici görüş keçirilib

Sabunçu Gənclər Evində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Tarix sahəsində Maarifləndirməyə Dəstək ictimai birliyinin təşkilatçılığı ilə həyata keçirilən “İrəvanın yaddaşı: Qədim yurdda Azərbaycan izləri” layihəsi çərçivəsində gənclərlə maarifləndirici görüş baş tutmuşdur.

QHT.az xəbər verir ki, görüş zamanı tədbir iştirakçılarına layihə haqqında ətraflı məlumat verilmişdir. Dünya muzeylərində saxlanılan və İrəvana aid olan eksponatların fotoları gənclərə təqdim olunmuş və bu eksponatların xarici ölkələr daşınması tarixi ilə bağlı real mənbələr ətrafında fikir mübadiləsi aparılmışdır. Sonda İrəvan tarixi ilə bağlı gənclərin ünvanladığı suallar təlimçi Kənan Məmmədov tərəfindən cavablandırılmışdır.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı