Gülqədəm Mirzəzadə: "QHT.az saytı regionlarda göstərilən fəaliyyət barədə məlumatın geniş auditoriyaya əlçatanlığını təmin edir"
Neftçalada Qadınların Sosial Inkişafına Dəstək Ictimai Birliyinin sədri Gülqədəm Mirzəzadə:
"QHT.az saytı regionlarda göstərilən fəaliyyət barədə məlumatın geniş auditoriyaya əlçatanlığını təmin edir.
QHT.az saytının əməkdaşları ilə əlaqə yaratmaq üçün zamanın və məkanın fərqi yoxdur. E-mail vasitəsilə göndərdiyin məlumatı bir neçə dəqiqə sonra saytdan oxuya bilirsən. Bu saytın əməkdaşlarının peşəkar yanaşmasını özündə ehtiva edir. Vətəndaş cəmiyyətində baş verən hadisələrdən, QHT-lər tərəfindən göstərilən fəaliyyətlərdan, bir sözlə, yeniliklərdən xəbərdar olmağın tək ünvanıdır QHT.az saytı.
9 illik uğurlu fəaliyyətinə görə QHT.az saytının bütün əməkdaşlarını, saytın rəhbəri hörmətli Cəsarət Hüseynzadəni ürəkdən təbrik edir, hər zaman yanımızda olduqları üçün təşəkkür edirik.
Əməkdaşlığımız davamlı, səhifəniz oxunaqlı olsun!