Gəncə 1 saylı mediasiya təşkilatı komandası QHT.az saytını təbrik edir
Gəncə 1 saylı mediasiya təşkilatının rəhbəri Südabə Məmmədova:
"QHT.az saytının yubileyini təbrik edirəm. Saytın yaranmasından QHT-lərin ən çox güvəndiyi və obyektiv xəbərlərin verildiyi bir platforma kimi vətəndaş cəmiyyətinin inkişafında böyük rolu olub. İnsanların QHT-lərə və vətəndaş cəmiyyətinə olan münasibətini və maariflənməsini təmin edərək, bu sahədəki qaranlıq məqamları aydınlatmısınız.
Gəncə 1 saylı Mediasiya Təşkilatı olaraq, QHT.az saytının mediasiya haqqında insanların maariflənməsi və bizim xəbərlərin çatdırılmasında böyük rolu var.
Buna görə dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Saytınıza uğurlar və geniş imkanlar arzulayıram".