Xəbərlər 12.07.2024 14:13 7981

Tükəzban Süleymanova: "Azərbaycan QHT-ləri haqqında məlumat ala biləcəyimiz yeganə resurs QHT.az saytıdır"

"Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İB sədri Tükəzban Süleymanova:

"Bu gün ölkədə qeyri-hökumət təşkilatlarının icra etdiyi layihələr, onların fəaliyyəti, ümumiyyətlə, Azərbaycan QHT-ləri haqqında məlumat ala biləcəyimiz yeganə resurs QHT.az saytıdır. Fəaliyyətə başladığı gündən sayt, bu sahədə yorulmadan fəaliyyət göstərir və hər keçən gün fəaliyyətini daha sistemli və şaxəli edir.

Eyni zamanda, ölkədə baş verən ictimai-siyasi proseslərdə vətəndaş cəmiyyəti nümayəndələrinin mövqeyini əks etdirməklə yanaşı, beynəlxalq məsələlərdə ölkəmizin haqlı mövqeyinin işıqlandırılmasında mühüm rol oynayır.

Uzun illərdir ki, əməkdaşlıq etdiyimiz, qht-lərin dostu olan QHT.az komandasına bu yolda uğurlar arzulayır və işlərində bol-bol müvəffəqiyyətlər diləyirik.

9 yaşınız mübarək!" 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı