Xəbərlər 15.07.2024 01:04 2132

Türk Dünyası Mediator Birliyinin nümayəndə heyəti Özbəkistan Respublikasının Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşüb - FOTOLAR

Azərbaycan Respublikasının Mediasiya Şurasının mediatorlardan ibarət nümayəndə heyəti Türk Dünyası Mediatorlar Birliyinin iştirakı ilə Özbəkistan Respublikasına səfəri zamanı Özbəkistan Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşüb.

QHT.az xəbər verir ki, görüşdə Kollegiyanın sədri Şuxrat Sadıkov, sədr müavini Asliddin Məhəmmədiyev və Kollegiyanın digər məsul əməkdaşları iştirak ediblər.

Görüş zamanı səfərin məqsədi, Özbəkistan dövlət qurumları ilə görüşlər və beynəlxalq mediasiya təcrübəsinin öyrənilməsində mediatorlarla əməkdaşlıq təcrübəsinin öyrənilməsi sahəsində fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Yakup Erikel Özbəkistan Respublikasının Vəkillər Kollegiyasının nümayəndə heyətinin üzvlərini Türk Dünyası Arabulucular Birliyinin noyabrın 28-də Türkiyənin Ankara şəhərində keçirilməsi planlaşdırılan növbəti konfransına dəvət edib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı