"Vətən Naminə" İctimai Birliyi Şəhid ailəsinə dəstək verdi - FOTOLAR
"Vətən Naminə" Şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, şəhid Xələfov Saleh Kamal oğlunun ailəsini ziyarət edərək onları mebel əşyaları ilə təmin etdiklərini bildirib. T. Abduləlimova, vaxtı ilə Quba rayonunun Əlik kəndində yaşayan bu ailənin sürüşmə nəticəsində evlərinin və bütün əşyalarının dağıldığını, məcburi olaraq Qubaya köçdüklərini qeyd edib.
QHT.az xəbər verir ki, o, bir şəhid anası olaraq, şəhid ailəsini sevindirməyi özünə borc bildiyini və bu təşəbbüsə qoşulan xeyriyyəçi sahibkarlara dərin minnətdarlığını ifadə edib. QHT sədri bu dəstəyi verərək həm şəhid ailələrinə olan borclarını yerinə yetirmək, həm də birlik və yardımlaşma ruhunu gücləndirmək istədiklərini vurğulayıb.
"Qarabağ Azərbaycandır!" şüarı ilə çıxış edən Abduləlimova, vətən naminə verilən dəstəyin və göstərilən qayğının əhəmiyyətini bir daha qeyd edib.
Pərvanə Fərhadqızı